“Harop”un döyüş sahəsində yanlış tərəfdə döyüşmək axmaqlıqdır| Qorxunc səsin təbliğat dəyəri
Keçən il Ermənistanla müharibə zamanı Azərbaycanın istifadə etdiyi İsrail istehsalı “Harop” kamikadze tipli Pilotsuz Uçuş Aparatının və ya “gəzən sursat”ın səsinin gəldiyi bir video bu silahların psixoloji təsiri barədə bizdə bəzi fikirlərin formalaşmasında köməklik göstərə bilər. Təbii ki, onun hədəflərini dəqiq məhv etməsini yaddan çıxarmaq olmaz.
Gecənin qaranlığında çəkilən kadrlarda PUA-nın hədəfinə doğru sürətlə şütüməsi zamanı çıxardığı səsi eşitmək mümkündür. Məlumata görə, silahın hədəfi Azərbaycanın Qarabağ bölgəsində ermənilər tərəfindən qurulan hərbi post olub. Qısa video “Twitter” mikrobloqunda yayılıb və göründüyü kimi “Harop” saatda 250 mildən çox sürətlə şütüyərək hədəfini vurmazdan əvvəl son anları göstərir, hücum manevrində çıxan səs “Jericho Trumpet”lərini xatırladır. Bunlar İkinci Dünya müharibəsi zamanı Almaniya Hərbi Hava Qüvvələrinin Ju 87 “Stuka” bombardmançılarına qoşulan sirenalar idi.
PUA-lar və ənənəvi raketlər arasındakı sərhədləri pozan silahlar sinfinə daxil olan “Harop” İsrail tərəfindən istehsal olunan digər növlər də daxil olmaqla Azərbaycanın illər ərzində əldə etdiyi müxtəlif PUA-lardan biridir. Fərqli qanad formasına malik PUA məsələn “Hellfire” raketi ilə silahlanmış “Predator” zərbə PUA-larından fərqli olaraq özü sursatdır və hədəfə özünü çırparaq onu məhv edə bilir.
“Harop”un operatorlarından olan Dövlət Sərhəd Xidməti ötən il Ermənistanla döyüşlər zamanı aşağıdakı videonu yayımlayıb və göründüyü kimi döyüş sahəsindəki dəhşətli səsinin təbliğat dəyərinə diqqət çəkib:
“Israel Aerospace Industries” (IAI) şirkəti tərəfindən istehsal olunan və eyni şirkət tərəfindən hazırlanan “Harpy” kamikadze PUA-larına əsaslanan “Harop” yük maşınından və ya gəmiyə quraşdırılmış atıcı qurğudan havaya buraxılır. Havaya buraxıldıqdan sonra PUA-nın qanadları açılır və bundan sonra ya avtonom olaraq, ya da operator nəzarəti ilə işləyir.
İnsan tərəfindən idarə edildikdə PUA-ya quraşdırılan kamera operatora hərəkətli hədəfləri izləməyə və hədəf almağa imkan verir və ya radarları aşkarlamaq və onlara hücum etmək üçün passiv radar axtaran ilə təchiz oluna bilər. Hər iki idarəetmə növü üçün radarın aşkar edilməsindən sonra radar söndürülsə də, onların hədəf almasına imkan verən seçim var. Bu ssenaridə operator elektro-optik sensordan istifadə edərək idarəetməni ələ keçirə bilər. Bir sözlə, istehsalçının veb saytında yazılan məlumata görə, “Harop” uzaqdan idarə edilə və ya radar və ya radio dalğa emissiyalarını izləyərək hədəfləri avtonom şəkildə tapa bilər. Bu iki hədəfləmə metodu daha kiçik PUA-nın böyük təyyarələrdən və antidron sistemlərindən qaça biləcəyi üçün düşmənin Hava Hücumundan Müdafiə sistemlərini məhv etmək üçün idealdır.
“Harop” 50 kiloluq yüksək partlayıcılıq qabiliyyətinə sahib daxili döyüş başlığına malikdir. Lakin PUA hər hansı bir hədəf tapmazsa, buraxılış nöqtəsinə qayıtmaq üçün hazırlanıb, yəni bərpa oluna və yenidən istifadə edilə bilər. PUA təsirli uçuş müddətinə malikdir, təxminən altı saat havada qala və ya təxminən 1000 kilomterə qədər məsafə qət edə bilər. Bundan əlavə, buraxılış məntəqəsinə avtonom yolla qayıda və yanacaq az olduqda avtomatik yerə enə bilər.
Rəsmi olaraq bu PUA-ların Hindistan və Azərbaycana satıldığı göstərilsə də, “Harop”dan dəqiq neçə ölkənin istifadə etdiyi aydın deyil. “Israel Aerospace Industries” şirkəti yüzlərlə “Harop” sisteminin fərqli müştərilərə satıldığını və PUA-nın “əhəmiyyətli satış potensialı” olduğunu bildirib.
44 günlük müharibədən əvvəl də Azərbaycan “Harop” kamikadze PUA-larından istifadə edib və bu, ölkəmizə əlavə güc verib.
“Harop” ilk dəfə 2016-cı ildə baş verən Aprel döyüşləri zamanı istifadə edilib. Azərbaycan bu PUA-lardan istifadə edərək Ermənistana məxsus artilleriya, Hava Hücumundan Müdafiə sistemlərini məhv edib, bir dəfə isə erməniləri silahlılarını daşıyan avtobusu vurub.
2018-ci ilin aprel ayında Dövlət Sərhəd Xidmətinin şərəfinə hazırlanmış musiqili videoda “Harop” istifadə edildiyi görünürdü. 2018-ci ilin avqust ayında Xəzər danizi sahillərində keçirilən hərbi təlimlər zamanı da bu “gəzən sursat”lardan istifadə edilib.
Kamikadze PUA-ları ötən ilin sentyabr ayında başlayan müharibə zamanı da öz məharətini göstərib. “Harop”un düşmən qoşunlarına təsiri də Azərbaycanın diqqətindən yayınmayıb. Rəsmi Bakı bu partlayıcı maddəyə sahib olan PUA-ların potensial mənəvi təsirlərindən istifadə etməyə çalışır və Dövlət Sərhəd Xidməti “Harop” və mühərrikinin səsini əks etdirən ən azı iki çox qısa təbliğat videosunu “Qarabağ Azərbaycandır!” mesajı ilə yayımlayıb.
“Gəzən sursat”ların və digər silahlandırılmış PUA-ların potensial oyunu dəyişdirən cəhətləri ABŞ rəsmiləri tərəfindən də qəbul edilib. “Air Force Magazin” nəşrinin məlumatına görə, partlayıcı yük daşıyan kiçik PUA-ların yayılması ABŞ ordusunun Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, ABŞ Hərbi Dəniz Qüvvələrinin generalı Kennet Mekkenzi tərəfindən Yaxın Şərqdəki birliklər üçün “davamlı və təhlükəli” təhdid olaraq qəbul edilir.
Amerikalı general İŞİD kimi terrorçu və qiyamçı qruplar tərəfindən silahlandırıla bilən mülki PUA-lara toxunur, onlar döyüş sahəsində “Harop”a bənzər təhlükə yaradırlar. Nisbətən ucuz, lazımı səviyyədə uçuş müddətinə və dəqiqliyə sahib olan, əhəmiyyətli sayda yerləşdirilə bilən PUA-lar kiçik olmasına baxmayaraq effektiv ola bilər.
General Mekkenzi ABŞ Konqresinin Silahlı Qüvvələr Komitəsindəki çıxışı zamanı aşağıdakıları deyib: “Əməliyyat sahəsi daxilində yayılmış bu kiçik və orta ölçülü PUA-lar qüvvələrimizə, tərəfdaşlarımıza və müttəfiqlərimizə yeni və kompleks təhlükə yaradır. Koreyadan sonra ilk dəfə tam hava üstünlüyü olmadan fəaliyyət göstəririk”.
Bu tip PUA-lar da insanları öldürməyə başladığına görə, generalın sözləri ilə desək antidron sistemləri CENTCOM üçün “ən vacib prioritet”dir.
Yazıda bəhs edilən video “Harop”un döyüş sahəsində yanlış tərəfdə döyüşməyin necə səhv ola biləcəyini qısa və aydın şəkildə nümayiş etdirir. PUA-nın yüksək dəqiqliyi ilə birlikdə Qarabağdakı müharibədən sonra bu tip imkanlara marağın kəskin şəkildə artması çox da təəccüblü deyil.
Oxşar məqalələr
-
Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Türkiyə üçün lüks yox, strateji zərurət| Kosmik inqilab: “Köhnə Kosmos”dan “Yeni Kosmos”a keçid
-
NASA Yer üzündə 3D printerlə “Mars” yaşayış mühiti yaradır
-
Çin Data üzərində Qlobal Rəqabətdə Necə Dominat Olacaq?
-
Yayılma və Şəbəkə: ABŞ HDQ Gələcək Müharibələrdə necə qalib gəlməyi planlaşdırır?
-
Siyasi iradə varsa, bir yol var! Kosmik silahlanma yarışını ləğv etmək mümkündür?
-
Təhlükəsizlik konsepsiyasının dəyişdirilməsi və təhlükəsizliyin yenidən konseptuallaşdırılması – ANALİZ
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı